00:00:00
Yazar
Admin User
12.04.2023 19:39 306 1 dəq oxuma
Dünya

Türkiyə qeyri-qanuni miqrasiya ilə mübarizə aparır

Türkiyə qeyri-qanuni miqrasiya ilə mübarizə aparır

Türkiyədə qeyri-qanuni miqrasiya ilə mübarizə davam edir.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Miqrasiya İdarəsi ilin əvvəlindən deportasiya edilən qeyri-qanuni miqrantların sayının 30 min 527 nəfərə çatdığını bildirib.


Dövlət qurumunun sosial media hesabından edilən açıqlamaya görə, qeyri-qanuni miqrasiya və deportasiya prosedurları ilə mübarizə davam edir.

 

Qurumdan bildirilib ki, 958 əfqan mühacir həftədə 5 çarter reysi ilə ölkələrinə göndərilib. Müvafiq olaraq, 8-12 aprel tarixlərində Əfqanıstandan olan 958 immiqrant Ağrı, Ərzurum və İğdırdan cəmi 5 çarter (özəl reys) ilə deportasiya edilib.İlin əvvəlindən Əfqanıstana ümumilikdə 20 çarter reysi təşkil olunub.


Ümumilikdə, bu il bütün millətlərdən deportasiya edilən mühacirlərin sayı 30 mini ötüb. Bundan əlavə, 18 mindən artıq qeyri-qanuni miqrantın deportasiya prosesi isə davam edir.

 

Aytən

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər