00:00:00
Yazar
Admin User
08.10.2025 13:17 136 1 dəq oxuma
İqtisadiyyat

Türkiyə suvarma infrastrukturu üçün Dünya Bankından 757,1 milyon avro maliyyə əldə edib

Türkiyə suvarma infrastrukturu üçün Dünya Bankından 757,1 milyon avro maliyyə əldə edib

Türkiyə suvarma sistemlərinin modernləşdirilməsi məqsədilə Dünya Bankından 757,1 milyon avro dəyərində əlverişli kredit alıb. Layihə Suvarmanın Modernləşdirilməsi-2 proqramı çərçivəsində həyata keçiriləcək və Suvarma İşlərini Baş İdarə (DSİ)  icra edəcək.

 

Bu maliyyələşdirmə ilə Dünya Bankının Türkiyənin suvarma layihələrinə ayırdığı ümumi vəsait 1 milyard avroya çatıb. Bundan əlavə, Enerji ötürmə sisteminin çevrilməsi layihəsi üçün də təxminən 750 milyon dollar dəyərində kredit müqaviləsi imzalanıb.

 

Beləliklə, Türkiyə 2025-ci ildə 10 milyard dollara yaxın xarici maliyyə vəsaiti təmin edib. Maliyyə naziri Mehmet Şimşək bildirib ki, Dünya Bankı ilə əməkdaşlıq uğurla davam edir və bu layihələr ərzaq təhlükəsizliyini, eləcə də kənd təsərrüfatı sektorunun potensialını gücləndirəcək.

 

TRT Haber 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər