00:00:00
Yazar
Admin User
16.02.2016 06:15 475 2 dəq oxuma
Dünya

Türkiyə və Səudiyyə Ərəbistanı iki ildir Suriyaya girmək istəyir - Bəşər Əsəd

İndiyə qədər bir həftə ərzində bir atəşkəs təmin edilməsi tələbini eşitdik.
Türkiyə və Səudiyyə Ərəbistanı iki ildir Suriyaya girmək istəyir - Bəşər Əsəd

Terror təşkilatı İŞİD-lə mübarizə, miqrant axını, sonu gəlməyən müzakirələr, Səudiyyə Ərəbistanla bir quru hərəkatı ehtimalı və son olaraq şimaldakı Kürd qüvvələrə istiqamətlənən Türkiyənin top atışları...

İnformator.az “Euronews”a  istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd hər biri ayrılıqda lazımi qədər qarışıq olan bütün bu mövzular və ölkəsini dünyanın bir nömrəli gündəm maddəsi olan digər bir çox mövzuda açıqlama verib: “İndiyə qədər bir həftə ərzində bir atəşkəs təmin edilməsi tələbini eşitdik. Yaxşı bəs kim bütün şərtləri təmin edəcək gücə sahibdir? Heç kim. Əgər bir terror təşkilatı atəşkəsə sadiq qalmağı rədd edibsə, kim bu terrorçularla danışacaq və kim onları məsul edəcək?”

Suriya lideri Türkiyə ilə bağlı iddialar səsləndirib. Əsəd: “Türkiyə ilə Səudiyyə ərəbistanı iki ildir hərbi yollarla Suriyaya girmək istəyir”,-deyib.

“Türkiyə və Səudiyyə Ərəbistanı tamailə əmrlərə riayət edir. İndiki rolları isə yenidən müzakirə turuna başlasaq burada güzəştə getdiyimiz halda torpaq işğalı ilə bizi qorxutmaq və bizə şantaj etmək istəyirlər. Əgər bunu etməklərinə icazə verilsəydi, uzun zaman əvvəl edərlərdi, ən azı bir neçə ay əvvəl”-Əsəd əlavə edib.

Bəşər Əsəd dövlət televiziyasında yayımlanan açıqlamalarında BMT-ə görə, 50-dən çox vətəndaşın öldüyü Rusiyanın ötən gün Hələb ilə İdlibdəki xəstəxana və məktəbləri vuran raket

Bu arada BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Stefan de Mistura dünən Dəməşqə gedib. Misturanın bu sürpriz səfəri çərçivəsində Suriya Xarici İşlər naziri Valid Muallim ilə görüşü gözlənilir. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər