Türkiyə vətəndaşlarına Misirdə QAPIDA VİZA
Bundan sonra Türkiyə vətəndaşları Misirə səfər edərkən qapıda viza ala biləcəklər.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bəyanat yayılıb.
Bəyanatda deyilir: "Misirə səfər edəcək vətəndaşlarımız bundan sonra viza ala biləcəklər".
Qeyd edək ki, daha əvvəl Türkiyənin Qahirədəki müvəqqəti işlər vəkili Salih Mutlu Şen də sosial media hesabından mövzu ilə bağlı açıqlama verib.
