00:00:00
Yazar
Admin User
14.04.2023 17:04 275 1 dəq oxuma
Dünya

Türkiyədə ata övladına görə anadan şikayət edib

Türkiyədə ata övladına görə anadan şikayət edib

Türkiyənin Zonquldak şəhərində bir kişi 8 il birlikdə yaşadığı qadını övladına narkotik qəbul etdirdiyi iddiası ilə ittiham edib. 

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük aralarında yaranan mübahisə səbəbi ilə ötən il ayrılıb. Ayrıldıqdan sonra ana 5 yaşlı uşağını da özü ilə aparıb. Ata uşağa qarşı zorakılıq etdiyi və onunla birlikdə narkotik maddə istifadə etdiyi iddiası ilə prokurorluğa şikayət edib.

 

Ata əlindəki görüntüləri prokurorluğa təhvil verib. Qadının qaldığı evdə polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib.

 

Əməliyyat zamanı narkotik vasitə götürülüb. Əməliyyatdan sonra ananın narkotik vasitələrdən istifadə etdiyi və ailə öhdəliklərinə etinasız yanaşması ilə bağlı cinayət işi açılıb.

 

Ayan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər