00:00:00
Yazar
Admin User
02.02.2015 06:58 597 1 dəq oxuma
Dünya

Türkiyədə baş verən qasırğa ciddi fəsadlara səbəb olub

Türkiyənin bəzi bölgələrində qasırğa artıq 2 gündür davam edir.
Türkiyədə baş verən qasırğa ciddi fəsadlara səbəb olub

Türkiyənin bəzi bölgələrində qasırğa artıq 2 gündür davam edir. Güclü küləklər minə yaxın evin damını uçurub, ağacları kökündən çıxarıb. 2 gün ərzində 4 nəfər həyatını itirib, 1100 nəfər yaralanıb. Şəhər yollarında ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

İstanbuldan paytaxt Ankaraya hərəkət edən sürət qatarlarının hərəkəti dayandırılıb. İstanbul və Bursada bütün dəniz səfərləri təxirə salınıb. Dənizdə dalğaların hündürlüyü 2 metrə çatıb. İstanbul, Ankara və bir çox şəhərlərdə uçuslar da təxirə salınıb. İstanbuldan paytaxt Bakı da daxil olmaqla 20-dən çox ölkəyə edilən uçuslar dayandırılıb.

Baş verən hadisələrə görə, Türkiyə Fövqəladə Hallar və Daxili İslər Nazirliyinin əməkdaşları, o cümlədən bələdiyyə və icra hakimiyyəti işciləri 24 saatlıq iş rejimində çalışır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər