Türkiyədə Danimarka səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Danimarkada Quran və türk bayrağına edilən hücumdan sonra Danimarka səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb Danimarkada "Qurani-Kərim"ə və Türkiyə bayrağına edilən hörmətsizliklə əlaqəli olub.
Nazirlikdən verilən açıqlamada, "Bu gün (14 aprel) Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və şanlı bayrağımıza qarşı törədilən iyrənc hücumu bir daha pisləyirik" cümləsi yer alıb.
Səadət Quliyeva
