00:00:00
Yazar
Admin User
15.01.2026 15:06 80 1 dəq oxuma
Dünya

Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsinin “qara qutu”su araşdırılır

Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsinin “qara qutu”su araşdırılır

Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsi ilə bağlı aparılan istintaqda terror və ya kənar müdaxilə əlamətlərinə rast gəlinməyib. Bildirilib ki, Prokurorluğun təlimatı əsasında təyyarənin “qara qutu”su mühafizə altına alınaraq uçuş məlumatları və pilotların səs yazılarının təhlili üçün Böyük Britaniyanın paytaxtı Londona göndərilib. Texniki hesabatın qəzanın səbəbləri ilə bağlı konkret sübutlar təqdim edəcəyi gözlənilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, adətən belə hadisələrdə ilk ağıla gələn sui-qəsd ehtimalı olur:

 

"Lakin qəzanın araşdırılmasını neytral beynəlxalq tərəfdaş kimi Böyük Britaniyanın aparması bu cür spekulyasiyaları minimuma endirir. Düşünmək olmaz ki, bu hadisə ilə Türkiyə və Liviyanın münasibətləri korlanacaq. Əksinə, bundan sonra daha möhkəm əlaqələr qurulacağını proqnozlaşdırmaq olar. Nəzərə alsaq ki, hadisə nəticəsində yüksək rütbəli hərbi şəxslər həlak olub, bu Liviya üçün müəyyən problemlər yarada bilər. Çünki indiki mürəkkəb şəraitdə həmin vəzifələrə yenilərinin təyinatı heç də asan deyil. Buna baxmayaraq, Türkiyə və Liviyanın bütün problemləri birlikdə həll edəcəyini və proseslərdən uğurla çıxacağını düşünürəm".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər