00:00:00
Yazar
Admin User
27.05.2024 18:43 453 1 dəq oxuma
Sosial

Türkiyədə təyyarə qəzası

Türkiyədə təyyarə qəzası

Qatar Hava Yollarına məxsus sərnişin təyyarəsinin turbulentliyə girməsi nəticəsində 12 nəfər xəsarət alıb.

 

British Sky televiziyasının xəbərinə görə, təyyarə Doha-Dublin reysini həyata keçirib.

 

Təyyarə Türkiyə üzərində hərəkət edərkən  turbulentliyə girib. Turbulentlik zamanı 6 sərnişin və 6 ekipaj üzvü xəsarət alıb. Təyyarə Dublin hava limanına enib. Təcili yardım qruplarının enişdən sonra təyyarəyə getdiyi bildirilib. Dublin Hava Limanından verilən açıqlamada QR017 uçuş nömrəli Boeing 787 Dreamliner tipli təyyarənin yerli vaxtla saat 13:00-da planlaşdırıldığı kimi təhlükəsiz eniş etdiyi bildirilib. 

 

Bir həftə əvvəl Londondan Sinqapura uçan sərnişin təyyarəsində turbulentlik yaranıb və bir sərnişin ölüb.

 

Nigar Səmədli 

Mənbə: Haber Türk

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər