Türkiydə yeni qərar: Evli qadınlar öz soyadlarında qala biləcəklər
Türkiyə Konstitusiya Məhkəməsi qadınların evlilikdə kişinin soyadını almalı olduğu qanununu ləğv etdi.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq Türkiyədə evli qadın öz soyadından istifadə edə biləcək.
Konstitusiya Məhkəməsi qadınların evləndikdən sonra öz soyadından istifadə etməsinə şərait yaradan qərar imzalayıb. Müvafiq olaraq, Türkiyə Mülki Məcəlləsinin qadınlara kişi soyadını götürməyə məcburedən 187-ci maddəsinin konstitusiyaya zidd olduğu və ləğv edilməsi qərara alınıb.
Sayad
