00:00:00
Yazar
Admin User
03.05.2023 08:19 233 1 dəq oxuma
Dünya

Türkiyənin hava məkanı erməni təyyarələri üçün bağlandı

Türkiyənin hava məkanı erməni təyyarələri üçün bağlandı

Ermənistanda Osmanlı və Azərbaycan rəsmilərinin sui-qəsdlərinin səbəbkarlarına həsr olunmuş Nemesis abidəsinin açılışı ilə əlaqədar Türkiyənin hava məkanı erməni təyyarələri üçün bağlanıb.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, 25 apreldə İrəvanda 1920-ci illərdə Osmanlı siyasi və hərbi liderlərinə və Azərbaycan siyasətçilərinə qarşı sui-qəsdlərdən ibarət “Nemesis” adlı əməliyyata həsr olunmuş abidənin açılışı olub.

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu abidədəki təxribata “Bunu qəbul etməyim mümkün deyil” deyərək reaksiya verib. “Biz hava məkanımızı erməni təyyarələri üçün bağlamışıq", deyə bildirib.

 

Çavuşoğlu Ermənistanın bu cür addımlarının Azərbaycan və Türkiyə ilə davam edən normallaşma prosesinə zərbə vurduğunu bildirib.

 

Qeyd edək ki, sözügedən terror əməliyyatında Azərbaycan keçmiş baş nazirlər Fətali Xan Xoyski və Nəsib bəy Yusifbəyli, parlamentin keçmiş sədri Həsən bəy Ağayev və keçmiş daxili işlər naziri Behbut xan Cavanşir kimi şəxsləri itirib.

 

Sayad

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər