Türkiyənin ən böyük hərbi gəmisi ziyarətçilərini qəbul etməyə hazırdır
Türkiyənin ən böyük hərbi və dünyanın ilk SİHA gəmisi olan TCG Anadolu saat 13.00-da Sarayburnu Limanında ziyarətçilərini qəbul etməyə başlayır.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimdə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilən TCG Anadolu dünən ictimaiyyətə açılmaq üçün Sarayburnu limanında lövbər salıb.
Dünyanın ilk SİHA gəmisi olan gəmidə media nümayəndələrinin iştirakı ilə tanıtım turu keçirilib. “Bayraktar Kızılelma”, “Bayraktar TB3”, 4 hücum vertolyotu AH1W, 4 ümumi təyinatlı Seahawk SH70 helikopteri 231 metr uzunluğunda xalqa açılacaq nəhəng gəminin uçuş göyərtəsinə yerləşdirilib.
Ziyarətçilər zirehli texnikanın da yerləşdiyi hovuzun göyərtəsindən gəmiyə daxil olaraq uçuş göyərtəsini gəzə biləcəklər.
Sayad Qoşnalıyeva
