00:00:00
Yazar
Admin User
29.01.2015 13:04 914 1 dəq oxuma
Mədəniyyət

Türkiyənin ən yaraşıqlısı Bakıya gəlib

Türkiyənin ən gözəl cütlüyü Bakıda
Türkiyənin ən yaraşıqlısı Bakıya gəlib

 

Məşhur türk aktyorları Burak Özcivit, Fahriye Evcen və Selim Bayraktar Bakıdadırlar.

İnformator.az-ın məlumatına görə, aktyorlar Bakıda çəkdirdikləri fotoları sosial şəbəkələrdə paylaşıblar.

Aktyorlar Qala öncəsi paytaxtımızın gəzməli-görməli yerlərini gəziblər. Fahriye Evcen və Burak Özcivit cütlüyü Fəvvarələr meydanının məşhur "Çətirli qız" heykəli ilə selfi çəkdirdilər. 

Fahriye Evcen İnstagram-da paylaşdığı fotonun üstünə belə yazıb: "Biz komanda olaraq Bakıya gəldik. Saat 19.00-da Nizami Kino Mərkəzində azərbaycanlı tamaşaçılarımızla görüşəcəyik. Hər kəsi gözləyirik".

Qeyd edək ki, bu axşam Nizami Kino Mərkəzində "Aşk sana benzer" türk filminin qala gecəsi olacaq. Film bu gündən Nizami Kino Mərkəzinin afişasına daxil olur....

 

Mənbə: ANS

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər