Təyyarə biletlərinin qiyməti niyə artır? - AZAL-dan açıqlama
Son dövrlərdə aviabiletlərin qiymətlərində artım müşahidə olunur və bu tendensiya səyahət planlarına birbaşa təsir edir. Mövcud vəziyyət turizm sektorunda da müəyyən dəyişikliklərə səbəb ola bilər.
Mövzu ilə bağlı Azalın Mətbuat Xidməti “İnformator.az” a açıqlama verib:
“Qeyd etmək istərdik ki, aviabiletlərin qiymətlərinin müəyyən olunması hava limanının səlahiyyətinə daxil deyil. Bilet qiymətləri birbaşa aviaşirkətlər vasitəsilə müəyyən edilir və onların kommersiya siyasəti, tələbatın səviyyəsi, mövsümi amillər və əməliyyat xərcləri kimi müxtəlif faktorlar əsasında formalaşır. Hava limanı olaraq biz yalnız uçuşlar üçün zəruri infrastrukturun və xidmətlərin təmin olunmasını həyata keçiririk və tarif siyasətinə təsir göstərmirik”.
Arzu Poladova