Tailandın yeni baş naziri bəlli oldu
Tailand Seçki Şurasının məlumatlarına görə, dünən keçirilən seçkilər nəticəsində qutuların 99 faizi açılıb.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, Tay İrəli Hərəkatı Partiyası 151 yerlə birinci, keçmiş baş nazir Thaksin Shinawatranın Pheu Taylandlılar üçün Partiyası isə 141 yerlə ikinci yerdə qərarlaşıb. Seçkilərdə birinci yerə layiq olan partiyanın lideri Pita Limjaroenrat ölkənin yeni baş naziri təyin edilib.
Hər iki partiyanın təmsilçisi gün ərzində verilən açıqlamalar zamanı nəticələrdən razı qaldıqlarını və koalisiya hökuməti tərəfindən müsbət qarşılandığını qeyd ediblər. Qutuların 99 faizi gecə saatlarında açıldıqdan sonra partiya binasında zəfər nitqi söyləyən Pita çıxışında “Bu gün yeni bir gün olacaq, işıq və ümid dolu bir gün olacağına inanırıq”, - deyə qeyd edib.
Parlamentdə koalisiya hökumətini səbirsizliklə gözlədiklərini ifadə edən Pita “Hamımızın arzu və ümidləri eynidir. İnanırıq ki, sevimli Taylandımız daha da inkişaf edəcək. Taylandın siyasi tarixini birlikdə yenidən yazacağıq”, - deyə o bildirib.
Paytaxt Banqkok küçələrində xalqı salamlayan Pita sosial mediada verdiyi açıqlamaya əsasən, yeni baş nazir olmağa hazır olduğunu bildirib.
Fatima
