Tanışlıq, Dostluq və göz yaşları...
(Unudulması mümkün olmayan əziz dostum Nizami Məmmədlinin xatirəsinə------ darıxmışam, dayım.)
Kitabları çox sevirdim. Bu sevgini mənə nənəm aşılamışdı. İkinci sinifdə oxuyan vaxtlarımdan nənəmin istəyi ilə onun mənə təqdim etdiyi nağılları və dastanları höcələyə-höcələyə nənəm üçün oxuyardım. Bilmirəm, nədənsə, gözlərim tez yorular, qızarardı.., arıq, sısqa uşaq idim. “Ana, yoruldum, olar birazdan oxuyum?”-deyərdim, xəfif gülümsəyərək, anam deyərdi ki, get oyna, amma, uzaq getmə ha!
Hər gün təxminən iki saat nənəm üçün kitab, qəzet oxuyardım... sanki, artıq bu mənim üzərimə qoyulmuş bir öhdəlik idi... zaman keçdikcə bu vərdişə keçdi. Oxuduğum nağıl, hekayə, dastan və romanların qəhrəmanlarından nələrsə öyrənir, onlara oxşamaq, onlar kimi xeyir əməllərin, insanlar üçün yararlı olmaq, qorxmazlıq və sərbəst olmaq hissləri zərrə-zərrə içimə höpur, həyat tərzimə çevrilirdi.
Hələ uşaqlqdan həyat qammalarını aydın dərk etməyə, həyatdakı yerimi görməyə, həyatın dadının-acı və şirindən ibarət olmasını anlamağa başlamışdım. Gör-götür dünyasıdı deyərlər, oxuduğum kitablardan, hər axşam bizim ulu ocağa- el ağsaqqalı rəhmətlik atamın babası Kərbalayı Hümmətalının oğlu, alman faşizmi ilə döyüşlərdə həlak olanböyük babam Əhədin yadigarı nənəm Qumrunun başına gündəlik dərd-sərini bölüşməyə yığışan qohum-əqrabının söhbətlərinin nənəmin dizinin üstündə yuxuya gedənə kimi dinləyərdim.
Yuxu da oxuduqlarım və dinlədiklərim, duyduqlarım və müşahidə etdiklərimin təsirindən rəngli yuxular görərdim. Tez böyümək, ailəmə dayaq durmaq istəyi bütün vücuduma hakim kəsilmişdi.
Nənəm qürurlu xanım idi. Nə doğmalardan, nə də yadlardan kömək diləməz, yardım istəməzdi. Böyük ailəni tək başına idarə edərdi. Ötən əsrin 60-cı illəri ölkə iqtisadiyyatı çox zəif idi. Əhalinin yaşamı çox çətin idi. Bizim üçün –tərəkmlər, elat camaatı üçün isə iki qat çətin idi. Əminəm ki, kənd yerlərində yaşayan, o vaxtkı tərəkmə uşaqlarının əksəriyyəti məni yaxşı anlayarlar. Biz normal uşaqlığın nə olduğunu bilmədik, əlimiz iş tutandan, dizlərimizə az-maz taqət gələndən işlədik... çomağa sarıldıq, atamızın yardımçısı olduq. Məktəb illərində, beşinci sinifdən başlayaraq, qul kimi, pambıq plantasıyalarında çalışdıq...Amma, bu zəhmətdən bezmədik, əksinə, tərbiyə olunduq... İnsanları sevməyi, dürüst olmağı,özünəgüvənməyi, halallığı və dostluğa sədaqəti əxz etdik...
Bu mənim həyatımın, xarakterimin və sonrakı davranışlarımın istiqamətini cızdı, trayektoryasını müəyyənləşdirdi. Həyatın mənə təmmənasız ötürdüyü səmimi hisslər, insanlara sevgi və dəyər vermək qabiliyəti, sadəlik və təbiilik məni zaman-zaman əhatəsində olduğum icmaların –istəklisi səviyyəsinə yüksəltdi. Heç kimi bəlağətli ritorika ilə aldadıb hörmət, etibar sahibi olmaq mümükün deyil, insanlar əməl və sözün vəhdəti, davranış və onlara hörmətinin səviyysi ilə digərlərinə layiq olduğu dəyəri verərlər. Bu dəyər ən uca dəyər- hökümətin təqdim etdiyi dəyərlərindən də uca və şərafətlidir. Bu hisslər ağuşunda yeniyetməliyim, gəncliyim, ahıllığım inkişaf etdi, həyat meyarıma çevrildi. Məni insan kimi, dost kimi sevdilər və mən də insanlara özümdə formalaşmış bu həyati meyarlarına görə dəyər verdim. İllərlə həyatımda xeyli bu kriteriyalara cavab verən insanlarla qarşılaşdırdı və onları mənə sevdirdi...
Bunlardan biri O idi....
Dünyada, ölkmizdə və regionumuzda baş verən hadisəlri həmişə özəl bir həssalıqla izləyir, çox saylı mənbələrdən aldığım informasiyaları təhlil edib, həqiqi baş verənlərin mahiyyətinə vara bilirəm. Fərd olaraq bu hadisələrin kontekstində öz yerim və rolumu müəyyn etməyə çalışıram.. 2016-cı ildə dövrü mətubatda möhtrəm Prezidentimiz, müzəffər Ali Baş Komandanmız İlham Əliyev cənablarının “ Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” (07 aprel 2016-cı il ) Sərəncamı baradə məlumat aldım. Sərəncamda göstərilirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin özünüməşğulluğunun təmin olunması məqsədi ilə qərara alıram:-“Əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6,0 (altı) milyon manat ayrılsın”.
Sərancamın mahiyyəti, icra mexanizmi və əhəmiyyəti baradə müxtəlif mətbu mənbələrdə dialoqlar, şərhlər və məlumatlar sərgilənməkdə idi. Bu sərəncam tarixi və iqtisadi məqam olaraq vaxtında verilmişdi. Bazar iqtisadiyyatının sərt qaydaları çərçivəsində hələ sahibkarlıq ənənəsinə tam uyğunlaşa bilməyən sovet adamlarının xarakterik var olma xüsusiyyətlərini özündə daşıyan adamların ruzi qazanmasına səbəb olacaq bu sərəncamı mən də rəğbətlə qarşıladım. Aldığım informasiyalardan mənə məlum olmuşdu ki, insanlar əvvəlcə öz bizneslərini qurmaq üçün təlimlərə qoşulacaq və biznesi idarə etmək sirrlərinə yiyələncəklər.Bu təlimləri bu sahədə səriştələri olan təlimçilər icra edəcəklər. Lakin, bu səriştəli təlimçilər kimdir və ya bu cərgəyə necə düşmək olar sualına cavab tapmaq üçün çalışsam da heç bir məlumat ala bilmirdim. Bir gün uşaqlıq və tələbəlik illərindən ta bu günə kimi birgə addımladığım dostum mənə bildirdi ki, ölkədə həyata keçirilən özünüməşğulluq tədbirlərini həyata keçirilməsi çərçivəsində təlimçi seçimlərinə başlanıb, bu xəbəri ona o vaxt rayon Məşğulluq Mərkəzində çalışan qohumu verib. Maraq dairəmdə olduğundan elə həmin gün seçimlərlə bağlı Məşğulluq Mərkəzindən məlumat aldım.
Ölkə Prezidentinin məlum sərəncamına ləyaqətlə fayda verəcək şəxsləri seçmək istəyindədir. Bu ilkin təəssürat idi. Qısa zamanda Göyçay şəhərində təlimçi olacaq şəxslərin ilk qrupunu təlimə çəlb etdilər.
Bu sadəcə təlim deyildi! Bu elmi və insanlıq təlimi idi!Təlimi orada tanış olduğumuz, dəyərli ziyalı, səmimi insan, vətənini, dinini, dilini sevən fədai, Beynəlxalq Əmək Təşkilatının usta təlimçisi Azad Baba oğlu Rəhimov aparırdı. Tezliklə, Azad müəllimin daşıyıcısı olduğu davranış, xarakter və yüksək insanlıq xüsusiyyətləri bu qrupa cəlb olunmuş insanlara da ziyarət etdi. Biz, ən qısa zamanda möhkəm, monolit bir komandaya çevrildik.
Məhşur bioloq Timiryazevin bir ifadəsi yaddaşımda ilişib qalıb və çox xoşuma gəlib. Onun-“Hər kəs təbiət qoyunda ola bilər,hər kəs müşahidəçi ola bilməz”-ifadəsi, həmçinin, hərbi ixtisasımın kəşfiyyatçı olması, uzun illərdən bəri- orta məktəb illərindən bu və ya digər ictimai və iqtisadi təşkilatlarda rəhbər olmağım mənə insanları müşahidə etməyi və tanımağı öyrədib.
Təlimin ilk günlərindən hamıya mehriban, hər kəsə motivasiya ötürən, həyatla dolu, orta boylu, simasını daim təbəssüm bəzəyən, işıqlı bir gənc diqqətimi özünə çəkirdi.
Bu Nizami idi, daşıdığı adın möhtəşəmliyinə layiq olan Nizami! .
Dostum... Dayım
Göz yaşları
Dayımla xoş bir görüşün ərəfəsindəydik.... 20 may 2023-cü ildə səsli məktub göndərdim ki, ona münasib vaxtda görüşün təşkili məsələləri bağlı məsləhətləşmək üçün canlı danışaq... bir nəcə dəqiqə sonra poçtumda onun həmişəki kimi həyat dolu, gümrah səsi ilə məktub aldım. Şirin ləhcəsi ilə-“Hə, qadan alım, axşam mütləq danışarıq” və axşam saat səkkizin yarısında danışdıq... Mənə ürək-dirək verdi... Görüşün ən yüksək səviyyədə baş tutacağını bildirdi....
Sən saydığını say...gör fələk nə sayır... sabahı saat 10-radələrində aldığım xəbər məni göz yaşlarıma boğdu... həyatımda unudulmayacaq bir yara buraxdı... Dostum haqqın dərgahına qovuşmuşdu... Dostluğun, insanlığın rəmzi olan dostum, əzizim, qardaşım rahat uyu!!!
Sən həmişə biz ölənə kimi bizimləsən, mənimləsən Dayım !
Nəzrin Məşədiyeva
