TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artırılıb
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən yanvarın 5-dən 12-dək 363 milyon 848 min 997 kVt/saat həcmində sifariş alınıb.
Mövzu ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, qaz həcminin artırılmasının göstərilən müddətdə hansı səbəblə baş verdiyi tam dəqiq məlum olmasa da, ümumi yanaşma ilə demək olar ki, bu, Azərbaycanın Avropa Birliyi qarşısında götürdüyü öhdəliklər çərçivəsində həyata keçirilir:
"Gözlənilir ki, gələcəkdə Avropaya ixrac edilən qazın həcmi tədricən artacaq. Mövsümi baxımdan isə qeyd olunmalıdır ki, Avropada qaz tələbatı çox çətinliklə ödənilir. Anbarlardakı ehtiyat qaz həcmi də yanvar ayı olduğu üçün artıq tükənib. Məhz bu səbəbdən hazırda qaz həcminin artırılması məsələsi gündəmə gəlmiş ola Bununla belə, Azərbaycanın bütün Avropa üzrə qaz tələbatını tam şəkildə ödəmək imkanları məhduddur. Amma hələki bu sahədə biz mühüm rol oynayırıq".
Günel Əlili
