00:00:00
Yazar
Admin User
12.11.2025 16:16 158 3 dəq oxuma
İqtisadiyyat

TAP üzrə Avropaya qaz tədarükü həcmləri artıb

TAP üzrə Avropaya qaz tədarükü həcmləri artıb

 

Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya qaz nəqli üzrə sifariş həcmləri açıqlanıb. Noyabrın 10-da Yunanıstanın Kipoi çıxış nöqtəsi üzrə tədarük sifarişləri 367 milyon kVt/saat təşkil edib ki, bu da ötən həftənin eyni gün göstəricisindən 4,91% çoxdur.

Noyabrın 11–16-sı üçün Kipoi üzrə gündəlik sifarişlər 348 milyon kVt/saat səviyyəsində gözlənilir. Bu həcm, əvvəlki bəzi günlərlə müqayisədə təqribən 0,5–5% arası azalma deməkdir.

Qeyd edək ki, TAP 2020-ci ildə istifadəyə verilib və Azərbaycan qazı hazırda İtaliya, Yunanıstan və Bolqarıstan bazarlarına çatdırılır.

Mövzu ilə bağlı olaraq iqtisadçı Toğrul Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki,Azərbaycan üçün artım imkanları daha çox yeni bazar tapmaq vasitəsilə olacaq:


"Əslinə qalsa, burada fərqli amillər təsir edə bilər.Yəni bir məsələni nəzərə almaq lazımdır ki, Avropada bu il qaz istehlakı keçən ilə nisbətən artıb. Amma bununla belə onun strukturunda ciddi bir dəyişiklik baş verib ki, bu dəyişiklik əsasən sıxılmış təbii qazla bağlıdır. Misal üçün, elə qeyd etdiyimiz Yunanıstanın qaz idxalatı bu ilin doqquz ayında deyəsən artıb. Amma bu artımın əsas hissəsi yenə də sıxılmış təbii qazla bağlıdır və bu sıxılmış təbii qaz əsasən də ABŞ-dən gəlir. Bu yaxınlarda Yunanıstan ABŞ-lə də müvafiq uzunmüddətli bir müqavilə də imzalayıb ki,Avropaya sıxılmış təbii qaz ixracında Yunanıstan növbəti dövrdə vasitəçi rolunda çıxış edəcək. Azərbaycana gəldikdə isə rəsmi statistika bizə deyir ki, bu ilin ilk səkkiz ayı ərzində bizim Yunanıstana ixracatımız beş faiz azalıb, başqa sözlə, strukturunda müəyyən dəyişikliklər baş verir. Biz əgər konkret olaraq struktura baxsaq, görə bilərik ki, bir sıra istiqamətlər üzrə azalıb, başqa istiqamətlər üzrə isə artıb. Yəni Serbiya və digər istiqamətlər üzrə bizim ixracatımız əksinə artıb. Yəni bu dəyişikliklər bir çox amillərdən asılıdır həm mövsümi amil ola bilər, çünki Türkiyə vasitəsilə gedir. Türkiyənin götürdüyü qaz həcmi var. Qışdan havadan asılı olaraq daha çox götürə bilərlər yaxud az götürə bilərlər. Yəni müəyyən öhdəliklərimiz var. Gürcüstan, Türkiyə qarşısındakı onları təmin etmək lazımdır. Ondan sonra Avropaya gedir. Avropada da müəyyən öhdəliklər var. Eyni zamanda ölkənin tələbat strukturundan asılı ola bilər və bazarda dəyişikliklərlə də bağlı ola bilər. Azərbaycanın ixrac imkanları o qədər də böyük deyil, yəni həcm olaraq çox cüzidir. Avropa üçün cəmi bir neçə faiz civarındadır və onu hətta artırmaq mümkün olsa belə, ən yaxşı halda yenə də cüzi bir artım baş verə bilər. Ona görə indi Avropanın qaz idxalatı strukturunu dəyişdirir və daha rahat olan qəbul cəhətinə və paylanma cəhətindən olan sıxılmış təbii qaza dəyişir. Ona görə əlbəttə ki, Azərbaycanda qaz ixracına müəyyən qədər təsir edir, yəni azalır və s. Nəticə etibarilə, Azərbaycan üçün artım imkanları daha çox yeni bazar tapmaq vasitəsilə olacaq, çünki gələcək,növbəti dövrlərə baxsaq, böyük ehtimal bu azalma davam edəcək. Düzdür, Azərbaycan üçün indiki mövcud olan belə həcmlər az bir həcm deyil.Amma təxmin edə bilərik ki, sıxılmış təbii qaz ixracatı ABŞ hesabına və digər ölkələrin hesabına tədricən artacaq və boru qazının idxalına,yəni Avropanın idxalına ciddi təsir göstərəcək".

 

Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər