00:00:00
Yazar
Admin User
19.12.2025 16:09 92 2 dəq oxuma
İqtisadiyyat

Tarixdə ilk dəfə qızılın unsiyası 4400 dolları ötüb

Tarixdə ilk dəfə qızılın unsiyası 4400 dolları ötüb

Qızılın birja dəyəri tarixdə ilk dəfə unsiya üçün 4400 dolları keçib. Bu, Nyu-York Əmtəə Birjasında (COMEX) ticarət məlumatları ilə təsdiqlənib.

 

18 dekabr tarixində, Bakı vaxtı ilə saat 20:29-a olan ticarətdə qiymətli metalın fevral fyuçersləri 0.79% artaraq unsiya üçün 4 408.6 dollar səviyyəsinə yüksəlib. Əvvəlki qiymət unsiya üçün 4 398 dollar səviyyəsində qeydə alınıb.

 

2025-ci ilin əvvəlindən etibarən qızılın birja qiymətləri 60%-dən çox, gümüşdə isə 116 % artıb.

 

"Blumberq"in hesablamalarına görə, 2025-ci ildə qızılın 1979-cu ildən bəri ən yaxşı illik artım göstəriciləri qeydə alınıb. Bu templər mərkəzi banklar tərəfindən aktiv alışlar və investorların istiqraz, valyutalardan çıxışı ilə dəstəklənib.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, bunun səbəbləri müxtəlifdir:

 

“Birincisi, qızıl təhlükəsiz aktiv kimi qeyri-müəyyənliklər, gərginliklər dövründə investorların üz tutduğu ünvandır. İnvestorlar davamlı olaraq ticari, siyasi, hərbi, strateji, iqtisadi gərginlik artdıqda portfellərinin bir hissəsini qızıla keçirirlər. Bu aspektdən qızıl ona görə son dövrlər bahalaşır. Daha sonra, dolların ucuzlaşması da qızılın bahalaşmasına təsir göstərir. Qızıl üçün gələn il üçün də müxtəlif proqnozlar var. Gələn ildə beş-on faiz bahalaşacağına dair gözləntilər var. Bunun Azərbaycanda təsiri olaraq deyə bilərəm ki, neft fondunun ehtiyyatları qızıla keçib deyə qızıl bağlaşdıqca neft fondu da varlanır. Xalqın sərvəti artır və bu çox yaxşıdır. Azərbaycanda qızıl şirkətləri üçün yaxşı imkan yaranır. Qızıl artdıqca qızıl ixracı da artır və həmin şirkətlərin gəlirləri də artır. Pis təsiri isə eyni qızıl iki il bundan əvvələ nisbətdə iki dəfə daha bahadır. Hədiyyə almaq, toy etmək istəyənlər üçün bu, mənfi haldır".

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər