00:00:00
Yazar
Elmira Ağayeva
20.10.2026 22:34 22 2 dəq oxuma
Dünya

“Tarixi bir hadisə baş verir”: Fransa hakimiyyəti iğtişaşlarla mübarizə aparmağa hazırlaşır

“Tarixi bir hadisə baş verir”: Fransa hakimiyyəti iğtişaşlarla mübarizə aparmağa hazırlaşır

 

Fransada sentyabrın sonundan bəri davam edən etirazlar fonunda hakimiyyət vəziyyətə nəzarəti bərpa etməyə çalışır. Məktəblilərin və tələbələrin bazar ertəsindən tətilə çıxması etirazlarda müəyyən fasilə yaranacağına dair ümidləri artırsa da, noyabrın 5-nə yeni genişmiqyaslı aksiyalar planlaşdırılıb. Prezident Emmanuel Makron və hökumətin vəziyyətlə necə mübarizə aparacağı isə diqqət mərkəzindədir.

Şənbə günü keçirilən genişmiqyaslı etirazlar iğtişaşlara, yanğınlara və mağazaların qarət olunmasına çevrildikdən sonra Fransanın daxili işlər naziri Loran Nunes istefa verməyə cəhd edib. O, vəziyyətin nəzarətdən çıxdığını etiraf edib. Lakin prezident istefanı qəbul etməyib və nazirə şəhərlərdə təhlükəsizliyin gücləndirilməsi, iğtişaşlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması üçün tədbirlər hazırlamağı tapşırıb.

Fransanın baş naziri Sebastyan Lekornü bazar ertəsi bildirib ki, ölkənin bəzi bölgələrində merlərə zərurət yarandıqda qismən komendant saatı tətbiq etmək səlahiyyəti verilib. Onun sözlərinə görə, regional hakimiyyət orqanları iğtişaşlar zamanı polisin fəaliyyətini araşdırır və vəziyyətin nə üçün nəzarətdən çıxdığını müəyyənləşdirməyə çalışırlar.

Baş nazir ötən həftəsonu iğtişaşlar zamanı saxlanılan şəxslərin 80 faizinin cinayət ittihamları ilə üzləşəcəyini bildirib. O, küçələrdə baş verən qarşıdurmalara görə “ultrasol radikalları” günahlandırıb.

Lekornü həmçinin zərər çəkmiş ərazilərin bərpası üçün vəsait ayrılacağını açıqlayıb. Bununla yanaşı, hökumət zərərin iğtişaşlara səbəb olan şəxslər tərəfindən ödənilməsini nəzərdə tutur.

“Əmlaka zərər vuran şəxslərin maliyyə məsuliyyəti daşımasını təmin edəcək qanun qəbul ediləcək”, – deyə Lekornü bildirib.

Baş nazir iğtişaşlar və qarətlər səbəbindən fəaliyyət göstərə bilməyən müəssisələrin işçilərinə dəstək məqsədilə fond yaradıldığını da açıqlayıb.

Bazar günü Fransa prezidenti Emmanuel Makron televiziya vasitəsilə xalqa müraciət edib. O, milli birliyə çağırış edərək zorakılıq törədən şəxslərin cəzalandırılacağına dair ictimaiyyətə təminat verməyə çalışıb.

BBC News

Gülnar Mustafayeva

#“tarixi #azərbaycan #verir”: #hadisə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər