00:00:00
Yazar
Admin User
20.10.2025 10:16 181 2 dəq oxuma
Mədəniyyət

Tarixi şəhər və modern ticarət arasında dilemma

Tarixi şəhər və modern ticarət arasında dilemma

Bakı yalnız paytaxt deyil, həm də Azərbaycan mədəniyyətinin simvoludur. Lakin son illərdə şəhərin mədəni və tarixi siması ciddi dəyişikliklərə məruz qalır. Köhnə binaların sökülməsi, tarixi küçələrin ticarət obyektlərinə çevrilməsi və modern infrastruktur layihələri Bakı sakinlərini və şəhər mütəxəssislərini narahat edir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında əmlak ekspert mərkəzinin qanuni təmsilçisi Ramil Osmanlı bildirib ki, paytaxtda 2018-19cu illərə qədər aparılan tikinti işləri, salınma layihələri olduqca xaotik şəkildə həyata keçirilib:

 

“Xüsusilə, şəhərsalma ilə bağlı tədbirlər faktiki olaraq şəhərin görünüşünə, gələcək infrastruktorunun bərpası və inkişafına mənfi mənada ciddi təsir göstərib. Bunun nəticəsində bu gün Azərbaycanda nəqliyyat infrastruktorunun inkişaf etdirilməsi, ictimai nəqliyyatla bağlı aparılan tədbirlər və proqramlar çox təəssüf ki, böyük maliyyə vəsaitlərinim sərf olunmasına baxmayaraq gözlənilən nəticələri vermir. Verməsi üçün isə hələ ki, nikbin söz demək mümkün deyil. Xaotik aparılan tikililərin nəticəsində bu gün hökumət şəhərsalma ilə bağlə müvafiq proqramların baş planın və s dövlət proqramlarının icrası istiqamətində çox böyük maliyyə itkiləri ilə üz-üzədir. İndi isə biz paytaxtda bəzi tarixi memarlıq abidələrinin söküntüsü ilə bağlı vəziyyəti müşahidə edirik. Hər bir halda hesab edirəm ki, paytaxtın siması olan tarixi abidələrə toxunmaq olmaz. Bəzi mərkəzi küçələrdə plansız, nizamsız şəhərsalmaların olması doğru yanaşma deyil. Amma eyni zamanda bu məsələ ilə bağlı yekun olaraq bir fikrimi də qeyd edim ki, təbii ki, Bakı ölkənin mərkəzi şəhəridir. Burada paytaxt inkişaf etməlidir. Bunun üçün zəruri addımlar atılmalıdır. İctimai nəqliyyat infrastruktorunun inkişafı ilə bağlı addımlar atılmalıdır. Xəttlər çəkilməlidir. Bunlar zamanla həll olunmalıdır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər