00:00:00
Yazar
Banuçiçək Məmmədova
31.03.2026 15:43 30 1 dəq oxuma
Mədəniyyət

Tarixin susmayan harayı: 31 Mart - yaddaşdan silinməyən izlər

Tarixin susmayan harayı: 31 Mart - yaddaşdan silinməyən izlər

Tarix bəzən sadəcə xronologiya deyil, həm də yaddaşdır. 31 Mart bu yaddaşın ən qanlı səhifələrindən biridir. Eyni zamanda kimliyin, həqiqətin simvoludur. 
 

1918-ci il mart - aprel aylarında baş verən hadisələr yalnız bir regionun faciəsi deyildi. Bu planlı şəkildə həyata keçirilən, minlərlə günahsız insanın həyatına son qoyan, kəndləri, mədəni irsi məhv edən bir soyqırımı idi. Bakıdan Şamaxıya, Qubadan Lənkərana qədər uzanan bu qanlı zəncir tarixə silinməz iz buraxıb. 

 

Bilinən odur ki, Şamaxıda 7 mindən çox insan öldürülüb. Qubada aşkar edilən kütləvi məzarlıq isə bu faciənin miqyasını bir daha sübut edib. Bu tarixi mənbələrin yox, torpağın danışdığı həqiqətdir. 

 

Bu hadisələri törədən  canilərin məqsədi isə aydın idi: bir xalqı keçmişdən, gələcəkdən silmək. Lakin tarix sübut etdi ki, yaddaşı məhv etmək mümkün deyil. Hər il xatırlanan bu faciə unutmağa qarşı müqavimətdir. 
 

Unutmaq xəyanət, xatırlatmaq isə borcdur.

 

Banuçiçək Məmmədova

#baki #tarixin #yaddaşdan #susmayan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər