“Tasnim”: ABŞ İran neftinə sanksiyaların dayandırılmasına razılaşıb
ABŞ yeni təkliflər paketində danışıqlar dövründə İranın neft sektoruna tətbiq olunan sanksiyaların müvəqqəti olaraq dayandırılmasına razılaşıb.
"İnformator.az" xəbər verir ki, bu barədə İranın danışıqlar heyətinə yaxın mənbə “Tasnim” agentliyinə bildirib.
Məlumata görə, İran sanksiyaların hamısının ləğvini Vaşinqtonun öhdəlikləri arasında görür, ABŞ isə müvəqqəti güzəştin yalnız yekun anlaşma əldə edilənədək qüvvədə olmasını təklif edir.
Bildirilib ki, tərəflərin təkliflərinin mətnləri arasında hələ də əsaslı fikir ayrılıqları qalır və “bu fərqlərin ABŞ-ın maksimalist mövqeyi və real vəziyyəti nəzərə almaması ilə bağlı olduğu” qeyd edilir.