Taybehin “dadlı” hekayə dünyada tanınıb
“Biz pivə hazırlayırıq, amma bu sadəcə pivə deyil-bu, bir hekayədir,”-deyə Yaxın Şərqin ən qədim mikro pivə zavodu hesab edilən Taybeh Brewing Co şirkətinin baş meneceri Madees Khoury bildirib.
2007-ci ildə ailə biznesinə qoşulduqdan və bölgənin ilk və yeganə qadın pivə ustası kimi təlim keçdikdən sonra, Khoury Taybehin hekayəsini daha da irəli aparıb-zavodun istehsal gücünü artıraraq, məhsullarını Avropa, Asiya və Şimali Amerikanın 17 ölkəsinə ixrac etməyə nail olub.
Lakin bu yolda çətinliklər də az olmayıb. Şirkətin qərargahı İsrailin işğal etdiyi İordan çayının qərb sahilində, adı ərəbcə “dadlı” mənasını verən Taybeh kəndində yerləşir və bu, ixrac prosesini xeyli çətinləşdirir. Khoury deyir ki, bu çətinliklər 7 oktyabr 2023-dən sonra daha da artıb-son israilli məskunlaşanların hücumları bir çox yerli sakinlərdə acizlik hissi yaradıb.
REUTERS NEWS
Banuçiçək Məmmədova
