00:00:00
Yazar
Admin User
29.07.2025 17:44 136 1 dəq oxuma
Dünya

Tayland–Kamboca toqquşmasında atəşkəs elan edilib

Tayland–Kamboca toqquşmasında atəşkəs elan edilib

Tayland və Kamboca arasında ötən həftə başlayan, azı 33 nəfərin həyatını itirməsinə və on minlərlə insanın evlərini tərk etməsinə səbəb olan toqquşmalardan sonra 28 iyul tarixində atəşkəs elan edilib.

 

24 iyul tarixində baş verən silahlı qarşıdurmadan sonra elan olunan atəşkəsin "dərhal və şərtsiz" olacağı bildirilib. Hər iki ölkənin liderləri, ABŞ Prezidenti Donald Tramp vasitəsilə edilən atəşkəs çağırışının ardınca 28 iyulda Malayziyada bir araya gəlib.

 

Malayziya Baş naziri Ənvər İbrahim atəşkəs elan olunarkən qeyd edib:


“Bu ilk addım sülh və təhlükəsizliyin bərpası baxımından həyati əhəmiyyət daşıyır”. O, həmçinin bildirib ki, hər iki ölkənin üzv olduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) atəşkəsin müşahidə olunmasını öz üzərinə götürəcək.


BBC News

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər