Təbii qazın dəyəri azalıb
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2.70% ucuzlaşaraq 4.4562 ABŞ dollarına bərabər olub.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, beynəlxalq ucuzlaşma daxili bazara təsir etmir:
"Qazın ucuzlaşması tarif ilə müəyyən olunduğuna görə dövlətin mənfəəti də azalır. Hətta mənfiyə də düşə bilir. Ümumiyyətlə Azərbaycanın təbii qaz qiymətinin düşməsi ixrac gəlirlərinin azalmasına gətirib çıxarır, amma ölkənin daxili bazarında qiymətə təsir etmir. Dövlətin üzərində subsidiya yükü artır. Bizdə qazdan istifadə edən sənaye növləri, elektrik enerjisi hasilatı var. Onlar da əvvəlki qədər subsidiyalaşmır. Qazın qiyməti düşəndə dövlət müəssisələri üstünlük əldə edir. Bu investisiya qərarlarına da təsir edir. Qiymət düşəndə qaz anbarlara doldurulur. Bu da qiymətin qalxmasına səbəb olur, enerji təhlükəsizliyini təmin edir. Elə Avropa ölkələri varki, qazı ixrac, eləsi var ki, idxal edir. Avropanın xarici tədarükçülərdən asılılığı azalır. Eyni zamanda bərpa olunan enerjiyə keçid maraqsız olur, çünki qaz ucuzdur. Günəş, külək enerjisi qaz ilə müqayisədə maya qiyməti aşağıdır. Qlobal hadisələrə həmişə qiymətə təsir edir. Eyni zamanda qaz bazarında maye qazda var. Son vaxtlar ABŞ-də maye qaz ixracını artırıb. Müxtəlif ölkələrdə bunun idxal edilə bilməsi üçün portlar tikilməsini tələb edir. Qarşıdan qış gəldiyinə görə insanlar qaz devajını artıracaqlar. Şərqi Avropadakı gərginlik, müharibə də qaz qiymətlərinə təsir edir. Ümumiyyətlə, iqtisadi artım zəifləyib, enerjiyə olan tələbat azalıb".
Günel Əlili
