00:00:00
Yazar
Admin User
17.06.2015 10:00 1397 1 dəq oxuma
Maraqlı

Tbilisi zooparkından qaçan pinqvin üzərək Azərbaycana çatıb

Tbilisi zooparkından daşqın zamanı qaçan Afrika pinqvini Qırmızı körpü yaxınlığında çayda tapılıb
Tbilisi zooparkından qaçan pinqvin üzərək Azərbaycana çatıb

Tbilisi zooparkından daşqın zamanı qaçan Afrika pinqvini, Qırmızı körpü (Gürcüstan-Azərbaycan sərhəddi) yaxınlığında çayda tapılıb.

“Qruziya-onlayn”a istinadən xəbər verir ki, bu barədə zooparkın mətbuat xidmətindən bildiriblər.

İyun ayının 14-nə keçən gecə daşqından sonra Tbilisi zooparkı çox ağır vəziyyətə düşüb. Su zooparkın aşağı hissəsini məhv edib. Heyvanların bir hissəsi şəhərə qaçıb, bazar günü bütün Tbilisidə heyvanları tutub, yırtıcıları isə vurublar. Zooparkda yaşayan 600 heyvandan yalnız yarısı sağ qalıb.   

“15 dəqiqə bundan öncə bizə zəng edərək bildiriblər ki, Qırmızı körpünün yanında pinqvin üzür. O, sağdır. Onu Tbilisiyə çatdıracaq qrup yola düşüb”, - zooparkda bildiriblər.

Afrikalı pinqvinləri Tbilisi zooparkına 2014-cü ilin iyul ayında Böyük Britaniya, Torki şəhərində yerləşən Living Coasts zooparkının administrasiyası hədiyyə edib. Tbilisi zooparkında pinqvinarium böyük hovuz və qumlu sahil ilə təchiz edilmişdi, ərazidə kiçik mağaralar və gil yuvalar tikilmişdi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər