00:00:00
Yazar
Admin User
10.12.2025 16:14 87 2 dəq oxuma
Sosial

“TDT ölkələri media sahəsində əməkdaşlığı dərinləşdirməlidir“

“TDT ölkələri media sahəsində əməkdaşlığı dərinləşdirməlidir“

"Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında mədəniyyət və informasiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsini hədəfləyib".

Bunu Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında jurnalistlərə bildirib.

"Xalqlarımızın bir-birini daha yaxından tanımasının mühüm vasitələrindən biri birgə informasiya, media və mədəniyyət sahəsində layihələrin yaradılmasıdır. Bunlar ölkələrimizin müxtəlif millətləri, xalqları, mədəniyyətləri, ortaq adət-ənənələri, həmçinin görməli yerləri, turizm və mədəni obyektləri haqqında seriallardır", - o vurğulayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında media eksperti, “Editor.az” informasiya portalının baş redaktoru Fərid Şahbazlı bildirib ki, Türk Dövlətləri Təşkilatı ölkələri arasında son illərdə bütün sahələr üzrə əməkdaşlıq sürətlə genişlənir:

 

“Artıq TDT-na üzv ölkələrin müxtəlif sahələrə cavabdeh nazirlərinin mütəmadi görüşləri keçirilir. Mən hesab edirəm ki, TDT-na üzv dövlətlər arasında media sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. Çünki bizim yaşadığımız dövr, informasiya əsridir, o cümlədən, Türk Dövlətləri Təşkilatı da  mütəmadi olaraq müstəqil xarici siyasət həyata keçirilməsi səbəbindən, böyük potensiallar səbəbindən, tez-tez dezinformasiyanın hədəfinə çevrilir. Bu mənada düşünürəm ki, media sahəsində əməkdaşlığın birinci hədəfi, Türk dövlətlərinə qarşı informasiya terroruna birgə mübarizənin təşkili baxımından son dərəcə önəmlidir. İnformasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, ortaq mövqedən çıxış edilməsi və ortaq maraqların həm milli, həm də beynəlxalq media müstəvisində müdafiə olunması baxımından media əməkdaşlığının dərinləşdirilməsi son dərəcə vacibdir. Digər tərəfdən, media həm dövlətlər, həm də xalqlar arasında, mədəni dəyərlərin inkişafında, təbliğində də mühüm rol oynayır. Əlbəttə ki, türk dövlətləri bir-birinə keçmiş qədim tarix, ortaq mədəniyyət, adət-ənənə bağlayır. Amma medianın əsas funksiyası bu ortaq mədəniyyəti, tarixi və adət-ənəni Türk dövlətlərində yaşayan gənc nəsillər arasında təbliğ edə bilməkdir. Bu baxımdan da, Türk dövlətləri arasında media sahəsində əməkdaşlığın əhəmiyyəti bir daha önə çıxır. Və, ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı artıq dünyada tanınmış nüfuzlu bir beynəlxalq təsisatlardan birinə çevrilir. Zənnimcə, beynəlxalq təşkilat kimi də onun media sahəsində daha dərin layihələr həyata keçirilməsinə, hətta ortaq bir media qurumunun yaradılmasına ehtiyac var. Türk dövlətlərinin media sahəsində əməkdaşlığı  nəticədə gətirib belə bir mühüm layihənin yaradılması ilə yekunlaşacaq “.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər