00:00:00
Yazar
Güllər Gülhüseynova
21.04.2026 09:37 22 1 dəq oxuma
Dünya

Tehran ABŞ-nin saxladığı İran gəmisi ilə bağlı BMT-yə şikayət edib

Tehran ABŞ-nin saxladığı İran gəmisi ilə bağlı BMT-yə şikayət edib

İran Xarici İşlər Nazirliyi ABŞ-nin "TOUSKA" ticarət gəmisini saxlaması ilə əlaqədar BMT-nin baş katibi Antonio Quterreşə və Beynəlxalq Dənizçilik Təşkilatına rəsmi şikayət məktubu göndərib.


"İnformator.az" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.

 

"İran ABŞ-nin bu qanunsuz və cinayətkar hərəkətinin çox təhlükəli nəticələri barədə xəbərdarlıq edir, İran gəmisinin, dənizçilərin, ekipajın və onların ailələrinin dərhal azad edilməsinin vacibliyini vurğulayır", - XİN-in bəyanatında deyilir.

 

XİN-dən qeyd ediblər ki, gəminin saxlanılması "dənizçilərin və ekipaj üzvlərinin, həmçinin onların ailələrinin qorxudulması ilə müşayiət olunub".

#şikayət #abş-nin #i̇ran #bmt-yə #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər