TEKNOFEST İstanbul davam edir
Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST İstanbul minlərlə ziyarətçini bir araya gətirir. Bu il festival çərçivəsində 565 mindən çox komanda və 1 milyon 100 min iştirakçı texnologiya yarışlarına müraciət edib.
Festivalda hava şouları, konsertlər, elmi nümayişlər, simulyasiya zonaları, atelyelər və sərgilər keçirilir. SOLOTÜRK və Türk Ulduzlarının uçuşları, həmçinin milli texnologiya məhsulları – ATAK helikopteri, Bayraktar TB2, TB3 və Akıncı ziyarətçilərə təqdim olunur.
Yarışlarda qalib gələn komandalar ümumilikdə 65 milyon liradan artıq mükafat, həmçinin 85 milyon liradan çox maliyyə dəstəyi qazanmaq imkanı əldə edəcək.
Aişə Mustafayeva
TRT Haber
