00:00:00
Yazar
Admin User
16.10.2025 17:43 149 2 dəq oxuma
Maraqlı

Telefon və internet məktəb təhsilini yaxşılaşdırır, yoxsa zəiflədir?

Telefon və internet məktəb təhsilini yaxşılaşdırır, yoxsa zəiflədir?

Telefon və internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Təhsil sahəsində onlar həm dərslərə çıxış imkanı yaradır, həm də öyrənməyi daha maraqlı və interaktiv edir. Bununla yanaşı, düzgün istifadə edilmədikdə diqqəti yayındırır və dərslərin effektivliyini azalda bilər

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nərmin Ağayeva bildirib ki, telefon təhsil həyatına həm mənfi həm də müsbət təsir edə bilər:

 

"İnkişaf etməkdə olan ölkə olaraq ekran istifadəsini tamamilə kəsmək düzgün atılan addım olmaz. Sadəcə olaraq uşaqları düzgün istifadəyə yönləndirib məhdudlaşdırılma həyata keçirilə bilər. Bu isə həm məktəb həm də valideynlərin birgə işi nəticəsində həmçinin düzgün maarifləndirilmə ilə həyata keçirlə bilən düzgün addım olacaqdır. Əgər düzgün istifadə edilərsə, bu təhsil sistemində uğurlu olacaq, əgər bu metod yanlış istifadə edilərsə bu zaman təhsil sistemində uğursuz nəticə olaraq özünü göstərəcəkdir. Təhsil sistemini zəiflədən internet deyil, internetlə rəqabət apara bilməyən məktəb modelidir. Telefon uşağı məhv etmir məzmunsuzluq məhv edir. Əgər təhsil sistemi dəyişmirsə, internet günahkar deyil inkişafdan qorxan sistemdir günahkar olan".

 

Müsahibimiz həmçinin bildirib ki, əgər texnologiya uşağın diqqətini yayındırırsa, deməli biz onu diqqətini cəlb edə bilmirik:

 

"Uşağın beyni hər saniyə stimul axtarır. Əgər məktəb bir stimula cavab vermirsə, uşağ onu telefonda axtaracaq. Burada qadağa qoymaq yox, düzgün istifadə metodu öyrədilməlidir. Çünki interaktiv düşüncə dövrü başlayır. Qadağa heç vaxt tərbiyə yaratmayıb. Sadəcə marağı dərinləşdirib. Məktəbdə telefon istifadəsini dayandırmaq bu təhlükəlidir siqnalı ötürməkdir. Amma doğru istifadəni öyrətmək məsuliyyət oyatmaqdır. Məktəb telefonu əlindən almaqla yox, onu dərsin bir parçasına çevirməklə qalib gəlməlidir. Telefon uşaqlarda müstəqil öyrənmə bacarığı inkişaf olur, tənqidi düşüncə bacarığı inkişaf olur, informasiya seçmə bacarığı və analiz bacarığını formalaşdırır. Dərs bacarığı formalaşır:

 

1.Müstəqil öyrənmə

2.Tənqidi düşüncə

3.İnformasiya seçmə

4.Analiz etmə

 

Amma bu bacarığları yönləndirməsək uşaq məlumat içərisəndə boğulacaq. İnternetdən qorxan təhsil sistemi tənbəl təhsil sistemi sayılır. İnterneti düzgün yönləndirən sistem isə yaradıcı, azad düşünən nəsil yetişdirir. Qadağa yox dəyişiklik vaxtıdır".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər