00:00:00
Yazar
Ayşən Səlimova
30.03.2026 20:09 24 2 dəq oxuma
Sosial

"Telegram"a süni intellekt əsaslı "redaktor" əlavə olunur

"Telegram"a süni intellekt əsaslı "redaktor" əlavə olunur

"Telegram"ın süni intellektə əsaslanan "redaktor" funksiyası yaradılır. Sınaq versiyasında olan bu yenilik istifadəçilərə daxili süni intellekt (Sİ) vasitəsilə mesajlarını elə çat pəncərəsində dəyişdirməyə şərait yaradır. Yeni alət vasitəsilə yazılardakı orfoqrafik xətaları aradan qaldırmaq, mətnin üslubunu formalaşdırmaq və müxtəlif dillərə tərcümə etmək mümkündür.

 

Mövzu ilə bağlı İt mütəxəssisi Fərid Kazımov “İnformator.az” a açıqlamasında bildirib ki, Funksional redaktor, məsələn Telegram kimi tətbiqlərdə belə işləyə bilər:

 

“Biz mesajımızı yazırıq və sistemə tapşırıq veririk ki, bu mətni istədiyimiz formada korrekt etsin. Məsələn, “mənim yazdığımı rəsmi üslubda düzəlt” deyirik və o da avtomatik olaraq mətni redaktə edir. Bu, istifadəçilərə vaxt qazandırır, çünki artıq əlavə düşünməyə və cümlələri formalaşdırmağa ehtiyac qalmır. Xüsusilə də fikrini daha səlis və rəsmi ifadə etməkdə çətinlik çəkən insanlar üçün bu çox faydalıdır. Süni intellekt bu prosesi öz üzərinə götürür. Digər bir məsələ isə yaxın gələcəkdə “rəqəmsal şəxsiyyət” anlayışıdır. Artıq texnologiya imkan verir ki, insan özü iştirak etmədən belə, onun adından mesajlara cavab verilsin. Bunun üçün müəyyən həcmdə material məsələn, 50-60 səhifəlik mətnlər, şəxsi fikirlər, baxışlar və ideyalar hazırlanır. Süni intellekt bunları analiz edərək insanın üslubunu və düşüncə tərzini öyrənir və həmin şəxs kimi cavablar verə bilir. Hətta bu gün belə bir sayt yaratmaq mümkündür ki, insanlar orada sizə sual versinlər və sistem sizin adınızdan cavab yazsın. Bu texnologiyalar artıq mövcuddur, sadəcə hələ geniş yayılmayıb. Gələcəkdə isə messencerlərdə bu funksiyaların daha geniş tətbiqi gözlənilir. Beləliklə, süni intellekt istifadəçinin iştirakı olmadan da standart suallara cavab verə biləcək. Məsələn, jurnalistlər çoxsaylı suallar göndərirsə, istifadəçi bu prosesi avtomatlaşdıra bilər və sistem onun yerinə cavab verər. Hətta müəyyən etmək də mümkün olacaq ki, hansı mesajlara şəxs özü cavab versin, hansılara isə süni intellekt cavablandırsın. Ümumilikdə, texnologiyanın inkişaf istiqaməti onu göstərir ki, insanın bir çox gündəlik fəaliyyətləri tədricən avtomatlaşdırılacaq. Bu proses bəlkə 50 il, bəlkə də 100 il çəkəcək, amma istiqamət artıq bəllidir. Süni intellekt və robotlar insanların bir çox funksiyalarını öz üzərinə götürəcək”.

 

Selcan Xudiyeva

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər