Telekommunikasiya sahəsində yeni dövlət standartları
Azərbaycanda telekommunikasiya sahəsində yeni dövlət standartları qəbul edilib.
Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov "İnformator.az"a açıqlamasında bildirib ki, telekommunikasiya sahəsində yeni bir neçə dövlət standartları qəbul olunub:
"Həm həmin o sahədə idarəetmə sistemlərinin təkminləşdirilməsi istiqamətində informasiya təhlükəsizliyinin, həm də səmərəliliyin ölçülməsi istiqamətində bir neçə standart qəbul olunub. Onu demək istəyirəm ki, bu standartlar Azərbaycanda olmasalar da, İSO(Beynəlxalq Standartlaşma Təşkilatı) bu standartları çoxdan dərc edib. Azərbaycan Standartlaşdırma İnstitutu yeni standartları hazırlamayıb. Həmin o standartları götürərək tərcümə edib və qeydiyyatdan keçirərək dövlət standartı formatına gətirib. Bəzi hallarda hansısa bir bürokratiya məqsədi ilə müxtəlif istiqamətlərdə müdaxilə etmək üçün özləriindən müəyyən əlavələr etdiklərini görürük. Məsələn, İSO 9001 standartı 2015 versiyası ilə mövcud idi. AZS İSO 9001, 2020 versiyasını özləri hazırlayıblar. Elə bir standat dünyada yoxdur, amma bunlar tərcümə edərək istifadə etməyə başladılar. O cümlədən də telekommunikasiya sahəsində olan dövlət standartları qəbul olunub. İSO-nun bununla da bağlı bir neçə standartı mövcud idi. Həmin standartlar da tərcümə edildi və dövlət standartı adı ilə qüvvəyə mindirilib".
İqtisadçı ekspert həmçinin bildirib ki, bu sahədə çalışan insanlar eyni dildə danışırlar:
"Keyfiyyət, ölçü meyarları müyyən olunub. İnsanlar artıq alt limtiləri, üst limitləri, yaxşılar üzrə etalon nədirsə, qeyd etdiyimiz standartlar tətbiq olunanda artıq ön plana çıxarılmağa başlayır. Amma yeni qaydaların rabitə aparatına necə təsir göstərəcəyini görəcəyik, ümid edirik ki, yaxşı təsir göstərəcək. Daha əvvəllər olan pis, mənfi təcrübələri kənara atacayıq. Bütün bunları zaman göstərəcək".
Billurə Quliyeva
