00:00:00
Yazar
Admin User
07.02.2026 07:45 164 1 dəq oxuma
Media

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirildi

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirildi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” proqramı çərçivəsində “Savadlı danışaq, xəbər dilində məsuliyyət” mövzusunda növbəti təlim keçirildi.

 

"İnformator.az" xəbər verir ki, təlimdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər və mütəxəssislər iştirak etdilər.

 

Təlim Əməkdar mədəniyyət işçisi, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı tərəfindən aparıldı. O, çıxışı zamanı “Niyə biz savadlı danışmırıq?” mövzusuna toxundu. Telli Pənahqızı Azərbaycan dilinin çoxçalarlı və zəngin olduğunu vurğuladı, istənilən fikrin bu dil vasitəsilə dolğun şəkildə ifadə edilə biləcəyini bildirdi. Çıxış zamanı televiziya dilində parazit sözlərin həddindən artıq istifadə edildiyi diqqətə çatdırıldı, efirin böyük auditoriya qarşısında məsuliyyət daşıdığı vurğulandı. Bildirildi ki, televiziya əməkdaşları danışıq tərzi ilə tamaşaçıya örnək olmalıdırlar və dilin qorunması hər bir media nümayəndəsinin borcudur. Təlimdə xarici sözlərin lazımsız istifadəsinə də toxunuldu, həmin sözlərin Azərbaycan dilində qarşılıqlarının tapılıb işlədilməsinin vacibliyi qeyd edildi. Sürətli deyil, səlis nitqə üstünlük verilməsinin məlumatın daha düzgün ötürülməsinə xidmət etdiyi bildirildi. Telli Pənahqızı bəzi telekanallarda Azərbaycan dilindən düzgün istifadə olunmamasını tənqid etdi, kobud dil səhvlərinin açıq şəkildə efirə verildiyini qeyd etdi. Təlim interaktiv müzakirələr və sual-cavab formatında yekunlaşdı.

 

Elmira Ağayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər