00:00:00
Yazar
Admin User
31.01.2026 08:02 174 1 dəq oxuma
Media

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirildi

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirildi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında növbəti “Mediada Azərbaycan dili” mövzusunda təlim keçirildi.

 

"İnformator.az" xəbər verir ki, təlimin mövzusu “Uğurlu kommunikasiya: səlis nitq və sərlövhə yaradıcılığı” oldu. Tədbirə ölkənin tanınmış dilçi-alimləri, media üzrə mütəxəssisləri və ustad jurnalistlər cəlb edilib.

 

Təlim çərçivəsində “Media FM” radiostansiyasının təsisçisi Rüstəm Əliyev “Müasir radionun kommunikasiya dili: problemlər və perspektivlər” mövzusunda çıxış etdi. O, çıxışında jurnalistikanın əsas vasitəsinin dil olduğunu vurğulayaraq bildirdi ki, dili qorumaq üçün əvvəlcə onu mükəmməl bilmək lazımdır. Rüstəm Əliyev Azərbaycan dilinə fars və ərəb dillərinin təsirinin böyük olduğunu qeyd edib, milli söz ehtiyatının qorunmasının və unudulmuş ifadələrin yenidən mediaya qaytarılmasının vacibliyini diqqətə çatdırdı.

 

O, müasir mediada, xüsusilə, radio efirində sadə, qısa və hər kəs üçün anlaşılan ifadələrin daha təsirli olduğunu bildirdi. Qeyd olundu ki, bəzi radiostansiyalarda aparıcıların dil biliklərinin və söz ehtiyatının məhdud olması efir dilinə mənfi təsir göstərir. Bu baxımdan klassik ədəbiyyatdakı zəngin ifadələrin efirə gətirilməsinin dinləyicilərin də dil inkişafına töhfə verəcəyi vurğulandı.

 

Çıxışda həmçinin elmi Azərbaycan dilinin mövcud vəziyyəti, lüğət ehtiyatımızın zənginliyi və dilin strukturunun qorunmasının vacibliyi məsələlərinə də toxunuldu. Rüstəm Əliyev mediada çalışanların dil məsələsində geri addım atmamalı olduqlarını bildirdi.


Təlimin sonunda iştirakçıların sualları cavablandırıldı və mövzu ətrafında fikir mübadiləsi aparıldı.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər