00:00:00
Yazar
Admin User
17.01.2026 10:21 116 1 dəq oxuma
Media

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” proqramı çərçivəsində növbəti təlim keçirildi.

 

Efir estetikası üzrə mütəxəssis Mümtaz Xəlilzadənin iştirakı ilə keçirilən təlimdə effektiv ünsiyyət, diksiya və nitq mədəniyyəti mövzuları ətrafında müzakirələr aparıldı. Təlim zamanı səsin inkişaf etdirilməsi və düzgün hazırlanması, eləcə də “c” -“ç” tələffüz problemləri diqqətə çatdırıldı.

 

Çıxışlarda “bizim səsimiz silahdır” fikri vurğulanaraq, mediada çalışanların səs və nitq üzərində daim işləməsinin vacibliyi qeyd edildi. Təlim interaktiv formatda təşkil olunub, iştirakçıların sualları cavablandırılıb. Sonda müxtəlif mətnlər oxudularaq iştirakçıların səs üzərində praktik məşğələləri həyata keçirildi.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər