00:00:00
Yazar
Admin User
24.01.2026 08:56 109 2 dəq oxuma
Media

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlim keçirildi

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlim keçirildi

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim təşkil olundu. Təlimdə müxtəlif media qurumlarından nümayəndələr iştirak etdilər. Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev “Media dili: səhvlər, vərdişlər və məsuliyyət” mövzusunda çıxış etdi.

 

"İnformator.az" xəbər verir ki, Təlimdə dilin inkişafı, xüsusilə terminlər, ekzotik sözlər və beynəlxalq sözlər mövzusunda geniş müzakirələr aparıldı. Fikrət Şiriyev qeyd etdi ki, dillərin inkişafı çox vaxt başqa dillərdən alınan sözlərlə bağlıdır. Məsələn, Azərbaycan dilində alınma sözlərin payı 60%-ə qədərdir. Son 30 ildə isə xüsusilə Avropa dillərindən çox sayda söz qəbul edilib.

 

Dosent, həmçinin dilin inkişafına təsir edən digər faktorları da qeyd edərək, Latın dilinin dünyada əsas elmi, dini və hüquqi dil kimi geniş yayıldığını vurğuladı. O, alınma sözlərin ana dilinə mənfi təsir etməsi ilə bağlı yanlış fikirlərin mövcud olduğunu bildirdi. Bu prosesin yalnız Azərbaycanda deyil, bütün dünya dillərində baş verdiyini qeyd edən Fikrət Şiriyev, xüsusən XX əsrin 20-30-cu illərində Azərbaycan dilində bu cür dəyişikliklərin daha çox müşahidə edildiyini bildirdi. Məsələn, “telefon” (uzaqdan səs verən), “demokrat” (xalq tərəfdarı), “samovar” (özündən qaynayan) kimi alınma sözlərin dilə daxil olması ilə bağlı ətraflı məlumat verdi. Təlim iştirakçıları bu mövzularda fikir mübadiləsi apararaq, mediada dilin düzgün istifadəsinin vacibliyini bir daha vurğuladılar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər