00:00:00
Yazar
Admin User
29.11.2025 16:04 116 2 dəq oxuma
Sosial

Televizor uşaqların inkişafına mane olur

Televizor uşaqların inkişafına mane olur

Rusiyalı uşaq nevropatoloqu Qalina Nevryuzina televizora baxmağın uşaqların inkişafına əhəmiyyətli dərəcədə təsir etdiyini bildirib.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, uşaqlar körpə yaşlarından televizora baxırlarsa, istər-istəməz dildə biraz da olsa, ləngimə baş verirsə, bunu aşkarlaya bilmiriksə həmin dövrlərdə artıq televizora, telefona aludəçi olmaq nitqlərində ləngimə yaradır:


“Televizora susqun bir şəkildə baxdığına görə orada baş verənləri səsləndirmədiyi üçün sadəcə izlədiyi üçün danışığında ləngimə baş verir. Bundan əlavə diqqət yayınıqlığı yaranır ki, uzun müddət televizor və telefona aludəçi olanda baş verir. Çizgi filmlərində olan kadrlar var ki, onlar uşaqlarda qorxu yarada bilər. Diqqət etsək ki, bəzi uşaqlar çizgi filmindən qorxubsa, üzlərini, gözlərini tuturlar. Orada olan personaj onların gözündə qorxulu görünməyə başlayır. Qəzəb, qorxu, orada olanları təkrarlamağa başlayırlar və bundan əlavə televizor asılılığı yaranır. Dopamin xoşbəxtlik ifraz etdiyinə görə an olaraq o həzzi almadıqları üçün televizor və telefon olmadıqda özlərini gərgin, aqressiv hiss edə bilirlər. Televizor, telefon olanda uşaqlar özlərini daha sakit, daha rahat olmağa başlayırlar. Gün ərzində telefon, televizora baxmaq vaxtı var. Sözsüz ki, bu yaşa görə dəyişir: 0-2 yaş arası dəyişir, 2-6 yaş arası dəyişir, 6-12 və 12-dən yuxarı yaşlarda dəyişir. Getdikcə ən maksimal belə 12 yaşda 1,5 saat baxmaq olar. Aşırı dərəcədə televizor qarşısında qalmaq susqun, passiv nitq deməkdir. Valideynlər övladları ilə bərabər televizor izləyə bilərlər, televizorda baş verənləri uşaqlara başa sala bilərlər. Mütləq dərəcədə valideynlər alternativ vasitələr tapmalıdırlar. Məsələn, uşağı rəsmlə, musiqi ilə, kitab oxumaq, rəqs, parka aparmaqla bu kimi alternativlərlə məşğul edə bilərlər. İndiki dövr sosial şəbəkələr dövrü olduğu üçün valideynlər övladlarının alternativlərinin olması üçün kömək etməlidirlər. Mütləq dərəcədə uşaqlar yatmadan 2 saat öncə televizor olmamalıdır, bu cür olarsa daha gözəl olar. Uşaqların başını az da olsa qarışdırmaq üçün alternativlər tapılsa, daha rahat olar”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər