“Temu” Azərbaycan bazarından çıxır?
Son dövrlərdə Azərbaycan vətəndaşlarının xarici şirkətlərdən, xüsusilə “Trendyol” və “Temu” platformalarından onlayn sifarişlərinin sayı artıb. Hazırda “Temu”nun Azərbaycanda rəsmi ofisi yoxdur və sifarişlər birbaşa beynəlxalq anbarlardan karqo vasitəsilə göndərilir.
Mövzu ilə bağlı “İnformator.az”a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də, gömrük orqanlarına bəyan edilməlidir:
“Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur. Gömrük orqanları mövcud vəziyyətin tənzimləməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir. Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur. Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur “.
Reyhan Quliyeva
