00:00:00
Yazar
Admin User
13.11.2025 15:05 149 2 dəq oxuma
Maraqlı

Təhlükəsizlik addımı, yoxsa azadlıqlara zərbə?

Təhlükəsizlik addımı, yoxsa azadlıqlara zərbə?

 

Avropa İttifaqının rus vətəndaşlarına çoxgirişli Şengen vizalarını qadağan etməsi Moskva ilə münasibətlərdə yeni gərginlik dalğası yaradıb. Qərarı Rusiya Avropada həyata keçirilən diversiya aktları və dron insidentlərinə cavab kimi əsaslandırsa da, tənqidçilər bunun siyasi deyil, daha çox simvolik addım olduğunu bildirirlər.


Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas “müharibə başlayıb Avropada sərbəst hərəkət etməyi gözləmək çətindir” , -  deyərək qərarın məntiqini müdafiə edib. Lakin Rusiya müxalifəti bu addımı kollektiv cəza kimi dəyərləndirir. Müxalifətçi İlya Yaşin vurğulayıb ki, Qərb belə məhdudiyyətlərlə Putinə yox, əslində, onun rejiminə qarşı çıxan sadə ruslara zərbə vurur. “Putinin elitası yenə də Avropaya yol tapacaq, amma biz - müharibəyə qarşı olanlar cəzalanacağıq”, - deyə Yaşin bildirib.

Jurnalist Sergey Parxomenko da qərarı “effektsiz və siyasi acizlik göstəricisi” adlandırıb. Onun fikrincə, Avropa liderləri reallıqda vəziyyəti dəyişmək əvəzinə, sadəcə nəsə etdiklərini göstərmək istəyirlər. Müxalif jurnalistlər isə bildirirlər ki, çoxgirişli vizaların itirilməsi xaricdə fəaliyyət göstərən azad media qurumlarının işini xeyli çətinləşdirəcək.

 

Buna qarşı olaraq, Ukrayna rəsmiləri və bir sıra Avropa siyasətçiləri rusların müharibəyə görə müəyyən dərəcədə kollektiv məsuliyyət daşıdığını düşünür. “Avropaya səyahət hüquq deyil, imtiyazdır”, – deyə Kallas qeyd edib. Onların arqumentinə görə, Rusiya vətəndaşları Putinin siyasətinə qarşı real müqavimət göstərmədikcə, nəticələrdən də qaça bilməzlər.


Bu mübahisə Aİ-nin dəyərləri ilə təhlükəsizlik maraqları arasında tarazlığın nə qədər kövrək olduğunu bir daha göstərib. Rus müxalifətçilər üçün bu qərar Qərbin humanist prinsiplərinə olan inamı sarsıdır, Avropa üçün isə bu, öz vətəndaşlarını qoruma instinktinin sərt təzahürüdür.

 

The Guardian

Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər