00:00:00
Yazar
Lalə Qafarova
15.04.2026 20:34 31 1 dəq oxuma
Dünya

Titanik xilasedici jileti 350,000 funt-sterlinqə qədər hərraca çıxarılacaq

Titanik xilasedici jileti 350,000 funt-sterlinqə qədər hərraca çıxarılacaq


 

Bu, sağ qalanlardan birinə aid olub indiyə qədər satışa çıxarılan yeganə xilasedici jiletdir və hərrac təşkilatçıları bu nadir əşyanı “kolleksiyaçılar üçün ömürdə bir dəfə qarşılaşılacaq fürsət” kimi təsvir edirlər.

 

Hərrac, RMS Titanic faciəsinin 114-cü ildönümü münasibətilə Southampton şəhərində keçirilən anım mərasimi ilə eyni vaxta təsadüf edir.

Hərracçı Andrew Aldridge bildirib ki, bu xilasedici jilet “son dərəcə simvolik və təsirli bir əşyadır və mükəmməl mənşəyə malikdir”.

 

O əlavə edib ki, bu nadir əşya “114 il ərzində sağ qalan birinə aid olub hərraca çıxarılan yeganə xilasedici jiletdir və bu, sözün əsl mənasında kolleksiyaçılar üçün ömürdə bir dəfə ələ düşəcək fürsətdir”.

 

Birinci sinif sərnişin Laura Mabel Francatelli xilasedici qayıqa minməzdən əvvəl bu üzmə vasitəsindən istifadə edib və 1912-ci ildə baş verən faciədən sağ qalan təxminən 700 nəfərdən biri olub.

O və digər sağ qalanlar krem rəngli jiletin üzərinə imza atıblar. Jilet 12 cibdən ibarətdir və çiyin dayaqları ilə yana straplarla təchiz olunub.

 

BBC 
Reyhan Quliyeva

#xəbər #yeni #baki #gündəm #350 #000
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər