00:00:00
Yazar
Admin User
04.02.2026 18:57 75 2 dəq oxuma
Maraqlı

Tələbələr üçün yeni təcrübə və karyera imkanları yaradılır

Tələbələr üçün yeni təcrübə və karyera imkanları yaradılır

Kapital Bank ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Razılaşma tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına dəstək göstərilməsi məqsədi daşıyır.

 

Memorandum çərçivəsində tələbələrin bank sektorunda təcrübə qazanması, müxtəlif təlim proqramlarında iştirakı və peşəkar inkişaf imkanlarının genişləndirilməsi planlaşdırılır. Bu əməkdaşlığın ali təhsil ilə əmək bazarı arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyi bildirilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki,  sənayenin müxtəlif sahələri ilə universitetlərin əməkdaşlığı müsbət addımdır:

 

 Bu sənaye ola bilsin ki, istehsal sənayesidir və ya xidmət sektorudur. Bank isə əhaliyə xidmət göstərir, həmçinin bank məhsulları istehsal edən və bank xidmətləri verən orqandır. Böyük bir sferası var, böyük insanların, böyük bir kütlənin ehtiyacını qarşılayır və yüzlərlə, minlərlə insan banklarda işləyir. Ona görə gələcəkdə də bu sahədə insanlara ehtiyac olacağı üçün banklarla universitetlərin əməkdaşlığı bəyənilən haldır. Çünki universitet məzunlarımızın çoxu iş axtarır amma təcrübəsi yoxdur, heç bir yerdə könüllülük fəaliyyəti yoxdur, harada necə edəcəyini bilmir, universitet dövrünü səmərəli keçirə bilmir.

 

Ona görə universitet belə bir təşkilatçılıq eləsə, təşəbbüskarlıq göstərsə və banklarda, ASAN xidmətlərdə, müxtəlif orqanlarda könüllülük və təcrübə proqramları təşkil eləsə, tələbələr bunda iştirak edər və düşünər ki, məzun olanda artıq daha real təcrübəyə sahib olacağıq və öyrəndiklərini daha mənalı hala gətirə bilər. Məzun olduqdan sonra da iş tapmaq daha asan olar.”

 

Həmçinin müsahib bu proqramın digər universitetlər üçün nümunə olmasından danışıb:

 

“Mütləq ki, bu bir nümunədir. Sadəcə genişləndirmək lazımdır. Kapital Bank nümunəsində bu gözəl nümunədir, bu nümunəni digər sənaye sahələrinə və universitetlərə tətbiq etmək lazımdır. Belə əməkdaşlıqlar gənclərin işlə təmin olunma imkanlarını real şəkildə artıra bilər. 100% buna müsbət təsir edəcək. Çünki tələbələr təcrübə keçdikləri yerlərdə özlərini göstərə bilərlər və həmin rəhbərlik onları məzun olan kimi işə götürə bilər.

 

Bunun çox nümunəsi var. Məsələn, universitet məzunu hələ universiteti bitirmədən yay tətillərində Microsoft-da, Google-da təcrübə proqramlarında iştirak edir və məzun olanda həmin şirkətlərdən iş təklifi alır, əmək fəaliyyətinə başlayır. Azərbaycanda da jurnalistika fakültəsində oxuyan tələbə yay tətillərində müxtəlif kanallarda könüllülük fəaliyyəti göstərir, kanal rəhbərliyi tələbəni bəyənir və işə qəbul üçün tövsiyə məktubu verir. Bu, çox gözəl nümunədir".

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər