00:00:00
Yazar
Aise Mustafayeva
21.09.2026 22:01 51 1 dəq oxuma
Dünya

Tolkien “Üzüklərin hökmdarı”ndakı ən faciəli anı açıqlayıb

 

Tolkien “Üzüklərin hökmdarı”ndakı ən faciəli anı açıqlayıb

Britaniyalı yazıçı J.R.R. Tolkienin 1968-ci ildə BBC-yə verdiyi son müsahibəsinin əvvəllər yayımlanmayan hissələri üzə çıxıb.

 

 

Müsahibədə “Hobbit” və “Üzüklərin hökmdarı” əsərlərinin müəllifi yaradıcılığı, dillərə marağı və əsərlərindəki obrazlar haqqında danışıb. Tolkien xüsusilə Qollumun dəyişmək cəhdi ilə bağlı səhnəyə toxunaraq bunu hekayənin “ən faciəli məqamı” adlandırıb.

 

 

Onun sözlərinə görə, Qollum yaxşı tərəfə qayıtmağa çalışarkən Semin qoruyucu davranışı onun tövbəsinin qarşısını alır və Qollum yenidən əvvəlki vəziyyətinə qayıdır. Tolkien bu hadisəni “yaxşılığın bəzən bilmədən pisliyə səbəb olması” fikri ilə əlaqələndirib.

 

 

Müsahibənin tam görüntüləri 2019-cu ildə BBC arxivində aşkarlanıb.

 

Aişə Mustafayeva 

#tolkien #yeni #xəbər #“üzüklərin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər