00:00:00
Yazar
Güllər Gülhüseynova
30.07.2026 21:59 23 2 dəq oxuma
Maraqlı

Tom Hollandın Hörümçək Adamı ya inkişaf etməli, ya da kostyumla vidalaşmalıdır

Tom Hollandın Hörümçək Adamı ya inkişaf etməli, ya da kostyumla vidalaşmalıdır

“Spider-Man: Brand New Day” 2026-cı ilin ən uğurlu filmi olmağa namizəddir: Tənqidçilər Tom Hollandın obrazının yenilənməli olduğunu düşünür

 

“Spider-Man” filmlər seriyasının yeni ekran işi-“Spider-Man: Brand New Day”- 2026-cı ilin indiyədək ən böyük açılış həftəsonu gəlirini əldə edəcəyi gözlənilən filmlərdən biridir. Kino mütəxəssisləri ekran işinin ilin ən çox gəlir gətirən blokbasterinə çevrilə biləcəyini bildirirlər.

 

Seriyanın əvvəlki filmi Spider-Man: No Way Home təxminən 2 milyard dollar gəlir əldə edərək 2021-ci ilin ən çox gəlir gətirən filmi olmuşdu. Həmin vaxtdan bəri baş rolların ifaçıları Tom Holland və Zendaya-nın real həyatda yaşadığı münasibət də pərəstişkarların marağını daha da artırıb.

 

Tənqidçilərin fikrincə, “Brand New Day” uğurlu ssenarisi və dinamik döyüş səhnələri ilə Marvel kainatının pərəstişkarları üçün maraqlı ekran işidir. Filmdə Hörümçək Adamın Hulkla (Mark Ruffalo) qarşıdurması, həmçinin Punisher obrazı ilə (Jon Bernthal) gözlənilməz əməkdaşlığı kimi diqqətçəkən məqamlar yer alır.

 

Bununla belə, tənqidçilər hesab edirlər ki, film izləyicilərdə müəyyən narazılıq hissi də yarada bilər. Onların fikrincə, Tom Hollandın canlandırdığı Peter Parker obrazı əvvəlki filmlərlə müqayisədə inkişaf etmir və eyni dövrü təkrarlayır.

 

Filmin hadisələri əvvəlki ekran işindən beş il sonra baş verir. Bu müddətdə Hörümçək Adam Nyu-York sakinlərinin sevimli qəhrəmanına çevrilib. Lakin əvvəlki filmdə baş verən sehrli hadisələr nəticəsində Peterin yaxın dostları Ned və keçmiş sevgilisi MJ onun kim olduğunu tamamilə unudublar.

 

Əvvəlki filmin sonunda Peterin həqiqəti onlara izah edəcəyi gözlənilsə də, “Brand New Day”də bunun baş vermədiyi məlum olur. Peter onların təhlükəsizliyini qorumaq üçün dostlarından uzaq qalmağa qərar verir və tək yaşayır. Nəticədə Peter və MJ münasibətləri inkişaf etmək əvəzinə yenidən başlanğıc nöqtəsinə qayıdır.

 

Tənqidçilər qeyd edirlər ki, komikslərdə belə “yenidən başlanğıc”lar adi hal sayılsa da, kino franşizalarında qəhrəmanların zamanla inkişaf etməsi tamaşaçılar üçün daha cəlbedici olur. Onların fikrincə, Robert Dauni Cnr.-ın canlandırdığı Dəmir Adam və Kris Evansın Kapitan Amerika obrazlarında olduğu kimi, Peter Parker də daha yetkin mərhələyə keçməlidir. Əks halda, gələcək filmlərdə obrazın daha gənc aktyora həvalə olunması gündəmə gələ bilər.


Güllər Gülhüseynova

#baki #vidalaşmalıdır #kostyumla #hörümçək #hollandın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər