00:00:00
Yazar
Admin User
29.09.2025 10:23 175 2 dəq oxuma
Araşdırma

Torpağın altında gizlənənlər

Torpağın altında gizlənənlər

Arxeoloji qazıntılar təkcə qədim əşyaların üzə çıxarılması deyil, həm də böyük zəhmət və səbr tələb edən elmi araşdırmadır. Bu işdə hər bir alət, hər bir detal mühüm rol oynayır. Arxeoloqların gündəlik fəaliyyətinə nəzər salmaq isə bizə onların elmi maraqları ilə yanaşı, üzləşdikləri çətinlikləri də anlamaq imkanı yaradır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında tarixçi, tarix elmləri doktoru, professor, arxeoloq Qafar Cəbiyev bildirib ki, arxeoloji qazıntılar, axtarışların əsas məqsədi keçmiş yadigarları aşkar edib üzə çıxarmaqdır:

 

“Azərbaycanın qədim tarixi milyon illərlə ölçülür. Dövrləri yazılı qaynaqlar əsasında öyrənmək mümkün deyil. Ümumiyyətlə tam şəkildə olmasa da, qədim tarixin 2 min illik dövrünü bəzi yazılı qaynaqlar əsasında öyrənmək olar. Geri qalan bütün məsələlər arxeologiyanın üzərinə düşür. Məsələn: yunan coğrafiyaşünası Strabon albaniya tarixindən bəhs edərkən deyir ki, xalq ticarəti natural yolla aparır. Tariximizlə bağlı ilkin yazılı məlumat budur. Lakin məlum oldu ki, belə deyil. Albanların xarici ölkələrlə ticarət əlaqələri olub. Bununla bağlı zərb olunmuş pullar aşkara çıxdı. Yəni, bəzən yazılı qaynaqlarda da yanlışlıq olur. Arxeologiyanın digər məqsədi olaraq xilasedici qazıntılardan bəhs etmək olar. Məsələn, ərazidə dövlət əhəmiyyətli obyektlər inşa olunur, su hövzələri çəkilir və s. Bu yerlər araşdırılarkən qədim yadigarlar üzə çıxır. Əsasnaməyə görə həmin yerdə dərhal işlər dayandırılmalı və arxeoloqlar cəlb olunmalıdır. Bu cür yanaşmalar çox olur. Bu axtarışların hədəfi bundan ibarətdir”.

 

Müsahibimiz həmçinin bildirib ki, bu il Qəbələdə arxeoloji qazıntıların 100 illiyinin keçirilməsi ilə bağlı qərar verilib:

 

“Bir müddət sonra qazılan sahələri kol basır, ağac bitir, tapdaq olur. Buna görə də müasir dövrdə ciddi münaqişə gedir ki, arxeoloqlar daha çox öyrənir, yoxsa daha çox dağıdır. Əlbəttə arxeoloq qazmasa, öyrənə bilməz. Qazdıqdan sonra bunu qorumalıyıq. Buna aid qeyd etmək istərəm ki, Heydər Əliyev fondu bu mövzuya diqqət yetirir. Mən 2020-ci ildə Şamaxı rayonunun Avaxıl kəndində çox məşhur bir türbəni aşkar etdim. Həmin abidənin tədqiqində, konservasiya olunması da Heydər Əliyev fondu tərəfindən təmin olunub. Cəmiyyət üçün açıq bir hala gətirilmişdir. Bu cür nümunələr çoxdur. Tədqiq olunmuş hər bir abidə insanlar üçün bir kitabdır”.

 

Eyni zamanda müsahib bildirib ki, arxeoloqun çöl şəraitində istifadə etdiyi alətlər illər əvvəl istifadə etdiyi alətlərdir:

 

“Misirdə arxeoloqlarla bərabər fəhlələr də işləyir. Onlar artıq arxeoloqların özündən də həssasdır. Burada son dərəcə diqqətli olmaq tələb olunur. Bəzən diqqətsizlikdən qorunmadığına görə kol-kos basır. İpucular olmasa belə peşəkar arxeoloq hər zaman uğur qazanır. Zaman keçəcək texnologiya artacaq və bu arxeoloqlar üçün yaxşı nəticə verəcək. Texniki imkanların genişləndirilməsi vacibdir”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər