Torpaq sürüşməsində insan itkisi 51-ə yüksəlib
Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 51-ə çatıb.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Ekvadorun Çimborazo əyalətinin Alausi qəsəbəsində martın 27-də yağan leysan yağışlar nəticəsində baş verən sürüşmə nəticəsində insan tələfatı artır.
Ekvador Baş Prokurorluğundan verilən açıqlamada sürüşmə nəticəsində həyatını itirənlərin sayının 51-ə yüksəldiyi bildirilib.
Açıqlamada yerin altında daha 37 nəfərin olduğu, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Səlahiyyətlilər sürüşmədə 163 evin zərər gördüyünü açıqlasa da, 57 ev tamamilə dağılıb. Bölgədə mindən çox insanın təbii fəlakətdən zərər çəkdiyi öyrənilib.
