Təqaüdçülər daha çox müavinət ala bilər
Azərbaycanda könüllü pensiya təminatı sahəsində qanunvericilik bazası yaradılır.
İnformator xəbər verir ki, yeni layihəyə əsasən Azərbaycan vətəndaşları daha çox təqaüd ala bilər. Bunun üçün isə vətəndaşlar və işəgötürənlər sığorta haqlarının ödənişini təmin etməlidir. Bunun həyata keçirilməsi üçün DSMF və Avropa İttifaqının birgə layihəsi həyata keçirilir.
Layihə üzrə almaniyalı ekspert, professor Heis-Ditrix Şteinmeyer beynəlxalq təcrübəyə əsasən çoxsəviyyəli pensiya təminatı sisteminin yaradılması üzrə mümkün həll yolları, yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması ilə əlaqədar məlumat verib: “Əsas fərq ondan ibarətdir ki, biz mövcud sisteni saxlayaraq sadəcə ona bəzi elementlər bəzi kompenentlər əlavə edirik ki, hesab edirik bu Azərbaycan vətəndaşları üçün əhəmiyyətli olacaq. Əsas üstünlük insanların pensiyasında daha üstün pensiya məbləği alacaq. Bunun üçün də vətəndaşlar və işəgötürənlər tətrfindən sığorta haqlarının ödənişi təmin edilməlidir.”
Qeyd edək ki, layihə üzrə qanunvericilik bazasının yaradılması üçün ilkin planda pensiya təminatı sisteminin hər bir səviyyəsinə aid müxtəlif təşkilati, inzibati, maliyyə, nəzarət, hüquqi və s. məsələlər öz əksini taparaq təsvir olunacaq. İlkin plana daxil edilən məsələlər sonradan qanunvericilik bazası layihəsinin işlənməsində əsas götürüləcək. Layihə üzrə işlərin 2015-ci ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulub.
