Tramp 2020 seçkiləri ilə bağlı "hiylə" iddiasını yenə dilə gətirib
Tramp qonaq olduğu CNN-də 2020-ci il seçkiləri ilə bağlı “hiylə” iddiasını davam etdirib.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il seçkilərindən sonra ilk dəfə çıxış etdiyi CNN televiziyasında ona qarşı irəli sürülən ittihamları rədd edərək, prezidentliyi itirdiyi seçkilərin nəticələri ilə bağlı “hiylə edildi” iddiasını davam etdirib.
Town Hall adlı proqramda aparıcı Kaitlan Collins-in suallarını cavablandıran Tramp 2020-ci il seçkilərində uduzmadığına dair israrlı mövqeyini təkrarlayaraq, 6 yanvar Konqres basqınında iştirak edən üsyançıların “əksəriyyətini” bağışlamağı düşündüyünü ifadə edib.
Aydan
