Tramp AB istehsalı olan avtomobillərə tarifləri 25%-ə qaldıracağını açıqlayıb
Donald Tramp ABŞ-nin Avropa Birliyindən (AB) gələn minik və yük maşınlarına tətbiq edilən rüsumları 25%-ə qədər artıracağını açıqlayıb.
ABŞ Prezidenti sosial media platforması Truth Social-da paylaşım edərək Aİ-ni əldə etdikləri ticarət razılaşmasına əməl etməməkdə günahlandırdı. Lakin o, heç bir detal açıqlamayıb. Tramp 1 mayda verdiyi açıqlamada: "Gələn həftə Avropa Birliyindən gələn minik və yük maşınlarına rüsumları artıracağımı elan etməkdən məmnunam", -deyə bildirib.
BBC
Zəhra Möhübbətova