Tramp ABŞ-nin Qrenlandiyanı “milli təhlükəsizlik” üçün ələ keçirməli olduğunu iddia edir
Bazar ertəsi gecə Donald Tramp yenidən ABŞ-nin milli təhlükəsizlik səbəbləri ilə Qrenlandiyanı “mütləq ələ keçirməli” olduğunu vurğulayıb.
O, Avropanın liderlərinin buna “çox müqavimət göstərməyəcəyini” proqnozlaşdırıb. Amma BMT-nin Dünya İqtisadi Forumu (WEF) çərçivəsində ABŞ Prezidenti ilə yolları kəsişdikdə onların planı bundan fərqlidir.
Qrenlandiya Danimarkanın yarı-müstəqil ərazisidir-Danimarka isə həm AB, həm də NATO üzvüdür.
Hazırda Tramp Danimarkanın hər iki təşkilatdakı müttəfiqlərinə təzyiq göstərərək, Kopenhagenin əlindən Qrenlandiyanı ABŞ-yə verməsini tələb edir, əks halda ABŞ-yə bütün ixracatlarına cəzai vergilər tətbiq olunacağını bildirir.
BBC NEWS
Banu Məmmədova
